Azərbaycan Prezidenti: Güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır

Azərbaycan Prezidenti: Güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır
Biz Pakistanın Baş naziri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Eyni zamanda, birgə hərbi təlimlərin sayının artırılması ilə bağlı müzakirələr apardıq, çünki buna ehtiyac var.

 

Miq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

 

Dövlətimizin başçısı qeyd edib: "Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır. Ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az