Azərbaycan, Rusiya və İran birgə hərbi təlim keçirəcək – Admiral açıqladı

Azərbaycan, Rusiya və İran birgə hərbi təlim keçirəcək – Admiral açıqladı

Rusiya, Azərbaycan, İran və Qazaxıstandan gələn gəmilərin Dəniz Kuboku yarışlarının bitməsindən sonra sentyabr ayının əvvəlində Xəzər dənizində birgə təlim keçirəcəklər.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Xəzər donanması komandanının müavini kontr-admiral Sergey Yekimov açıqlama verib.

"Dəniz Kuboku bitdikdən dərhal sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin, İran, Qazaxıstan və Azərbaycan dəniz qüvvələrinin döyüş gəmilərinin iştirak edəcəyi birgə təlimlərimiz olacaq”, - Yekimov bildirib.

Onun sözlərinə görə, qalan müddət ərzində Xəzər dənizində birgə məşqlər keçiriləcək.

İranda Dəniz Kuboku yarışına Azərbaycan, Qazaxıstan, İran və Rusiyanın kiçik raket və artilleriya gəmiləri qatılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az