Azərbaycan səfirindən və yoldaşından 180 minlik saat oğurlanıb: İkiillik səfirin 180 minlik saatı

Azərbaycan səfirindən və yoldaşından 180 minlik saat oğurlanıb: İkiillik səfirin 180 minlik saatı
Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Cəfər Hüseynzadə və həyat yoldaşı bazar ertəsi Brüsseldə amansız quldurluğun qurbanı olublar.

 

Ovqat.com-un məlumatına görə, bu barədə Sudinfo nəşri məlumat yayıb.

 

Məlumata görə, skuterdə olan iki şəxs revolverin qundağı ilə səfirin və onun həyat yoldaşının başına vuraraq, onlardan ümumi dəyəri 90 min avro olan iki dəbdəbəli Rolex saatını qarət ediblər.

Qeyd edək ki, Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə 18 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az