Azərbaycan "Stalinin yaxtası"nı alır - 20 milyona

Azərbaycan

69 metrlik gəmidə Beriya, Berejnev, Xruşov gəzib


"Stalinin yaxtası" satışa çıxarılır. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Moskva Çay Gəmiçiliyinin balansında olan yaxta 1934-cü ildə tikilib. "Maksim Qorki” teploxodu "Stalinin yaxtası" kimi məşhurdur. Teploxodun balansında olduğu qurum onu 20 milyon rubla (təxminən 300 min dollara) satmaq niyyətindədir. 

Teploxodun müştəriləri arasında Azərbaycan da var. "Kommersant”ın məlumatına görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaxtaya sahib olmaq niyyətindədir. Çay Gəmiçiliyin baş direktoru Konstantin Anisimov bu xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi və  Nijni Novqorod Admnistrasiyası ilə danışıqlar aparılır. 

Anisimovun sözlərinə görə, Azərbaycan tərəfi üçün "Maksim Qorki"  muzey eksponatı kimi maraqlıdır. Nijni Novqorod üçün yaxta daha çox tanışdır. Çünki onu yerli tərsanələrdə inşa ediblər. Bundan başqa 2018-ci ildə Qorkinin 150 illiyi qeyd ediləcək. 

Lakin  Nijniy Novqorod administrasiyası qəzetə açıqlamasında bu fikirdən daşındıqlarını bildiriblər. "Xəzər Dəniz Gəmiçiliyi” isə sorğunu cavablandırmayıb. 

2000-ci ildə gəmidə bərpa işləri aparılıb. Mühərrikləri dəyişdirilib və naviqasiya sistemi ilə təmin olunub. Bundan sonra teploxoddan banketlər keçirmək, eləcə də gəzinti gəmisi kimi istifadə olunub. Onun sərnişin tutumu 130 nəfərdir. 2014-cü ildən "Maksim Qorki" ancaq restoran kimi istifadə edilir. 

Xatırladaq ki, "Stalinin yaxtası"nın uzunluğu 69, eni isə 13 m-ə qədərdir. Onun xüsusi təyinatı olub - "Maksim Qorki" İosif Stalinin şəxsi teploxodu idi. Düzdür Stalinin teploxodda dincəlməsi barədə sənəd-sübut yoxdur. Qorkinin özünün də iddia edildiyi kimi 1935-ci ildə bu gəmi ilə Volqada gəzdiyi barədə dəlillər tapılmır. Ancaq o bəllidir ki, "Stalinin yaxtası"nda Kommunist partiyasının liderləri - Lavrentiy Beriya, Lazar Kaqanoviç, Qriqoru Orconikedzi, Nikita Xruşov, Leonid Brejnev və başqaları dincəliblər. 

 
 
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az