Azərbaycan Türkiyə ilə hərbi müqavilə imzalamalıdır - Türk politoloq

Azərbaycan Türkiyə ilə hərbi müqavilə imzalamalıdır - Türk politoloq

"Rus sülhməramlılarının Qarabağda uzun müddət qalması üçün bölgədə hərbi qarşıdurmaya ehtiyac var idi. Ona görə də belə bir qarşıdurma mühiti yaradıldı”.
Bunu Bakupost.az -a açıqlamsında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Həsən Oktay deyib.
Azərbaycan-Ermənistan sərhəddində yaranan gərginliyi şərh edən politoloq Brüssel görüşü zamanı iki ölkə arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı əsaslı bir nəticə əldə olunmadığı üçün bölgədə bu cür qarşıdrumaların hələ davam edəcəyini bildirib:




"2020-ci il noyabrın 10-da imzalanan birgə bəyanatdan 2 il keçsə də, Azərbaycanla Ermənistan arasında sərhəd məsələsi həll olunmayıb, Laçın dəhlizi mövzusunda ortaq razılıq yoxdur, hətta sülh sazişində yer alan bir maddədə üstüörtülü açıqlanan Zəngəzur dəhlizi ilə bağlı irəliləmə hiss olunmur. Bütün bunlar istər-istəməz bölgədə gərginliyi artırır. O cümlədən Avropa Birliyinin vasitəçiliyi ilə həyata keçirilən Brüssel görüşü zamanı Azərbaycanın sərhəd məsələsindəki haqlılığı mövzusunda hələ ki bir nəticə əldə edilmədiyi üçün gərginlik davam edir".


Həsən Oktay bildirib ki, Ermənistan atəşkəsi pozaraq qarşıdurma yaratdıqdan sonra Azərbaycandan beynəlxalq aləmə şikayət etməklə məşğuldur:


"Xüsusilə Amerika və Fransada erməni lobbisi hərəkətə keçərək, sanki atəşkəsi Azərbaycan tərəfin pozduğuna dair təbliğat aparır. Bölgədə sərhədlər müəyyən olunmayınca, sülh müqaviləsi bağlanmayınca, bu qarşıdurma davam edəcək”.


Politoloq həmçinin vurğulayıb ki, baş verən qarşıdurma Rusiyaya qarşı yeni bir cəbhənin açılacağı sualını da gündəmə gətirib:


"Amerikadakı erməni lobbisi bu ölkənin Ermənistanın yanında olması üçün ciddi fəaliyyət sərgiləyir. Eyni zamanda Fransa da hər zaman Ermənistanın yanındadır. Bu qarşıdurma üzərindən bəlkə də Türkiyəyə mesaj vermək istəyirlər. Çünki Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu ifadə edir. Əlbəttə ki, burada "Ukrayna böhranında uğur əldə edə bilməyən Rusiyaya qarşı yeni bir cəbhə açılırmı" sualı da yenidən gündəmə gəlir. Eyni zamanda Rusiya da bu qarşıdurmadan faydalanmaq istəyir. Çünki Paşinyanla Rusiyanın münasibətləri yaxşı olmadığı üçün İrəvanda hərbi çevriliş həyata keçirilə bilər ki, bu da Rusiyaya sərf edər".


Politoloq qeyd edib ki, qarşıdakı günlərdə iki əhəmiyyətli toplantı var:


"Bunlardan biri Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. Digəri isə Nyu Yorkda olacaq. Bu toplantılardan əvvəl bəzi qüvvələr bölgədə ciddi mənada diqqəti öz üzərlərinə çəkmək üçün qarşıdurma yaratmaq istəyə bilərlər. Bu da nəticə etibarı ilə Cənubi Qafqaza sülhün gəlməsini ertələyəcək. Rusiya bundan istifadə edərək, Türkiyə Ermənistan sərhədinə əsgər yığdığı kimi, Ermənistanla Azərbaycan arasında sərhədləri qorumaqla bağlı bir hərbi saziş də imzalaya bilər. Çünki Ermənistan nəticəsi olmamasına baxmayaraq KTMT-ya müraciət etdi. Rusiyanın sülh yaratmaq adı altında bölgəyə dha ciddi şəkildə yerləşməsinin önü açıla bilər”.


Politoloq davam edib ki, Ermənistan planlı şəkildə bu təxribata hazırlıq görüb və bölgədə özünü günahsız göstərərək Azərbaycan üzərində "qələbə” çalmaq istəyir:
 

"Türkiyə hər zaman Azərbaycanın yanındadır. Amma bunu daha da rəsmiləşdirmək lazımdır. Şuşa bəyannaməsi imzalandı. Şuşa bəyannaməsi rəsmi olaraq iki ölkə parlamentində təsdiqləndikdən 12 gün sonra Azərbaycanla Rusiya arasında Moskva bəyannəməsi adlı saziş imzalandı. Moskva bəyannəməsinin bəzi maddələri Şuşa bəyannaməsini bir qədər kənara itələyir. Ona görə də Azərbaycanla Türkiyə daha yüksək səviyyəli hərbi müqavilələr imzalamalıdır ki, bölgədə Azərbaycanın başına gələ biləcək hər hansısa bir hadisə zamanı Türkiyə dərhal müdaxilə edə bilsin”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az