Azərbaycan və Misir ədəbi əlaqələri müzakirə olunub

Azərbaycan və Misir ədəbi əlaqələri müzakirə olunub

Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli ilə görüşüb.

Vətəninfo.az AZƏRTAC-a istinadən bildirir ki, Misir Mədəniyyət Mərkəzinin yaranma tarixi və fəaliyyətindən söz açılıb. Söhbət zamanı iki ölkə yazıçılarının hekayələrinin birgə antologiyasının hazırlanması, yazıçı və şairlərin qarşılıqlı səfərlərinin təşkili, Azərbaycan və Misir uşaq kitabxanaları ilə birlikdə "Dost kitabxana" çərçivəsində tədbirlərin keçirilməsinə dair təkliflər səslənib. Azərbaycan və Misir şairlərin yaradıcılıq gecələrinin keçirilməsi təklifi də irəli sürülüb.

Vaqif Bəhmənli Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi bir neçə kitabı Misir Mədəniyyət Mərkəzinə hədiyyə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az