Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.
Miq.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.
Təkbətək görüşdə iki ölkə arasındakı əlaqələrin, regional və beynəlxalq məsələlərlə yanaşı, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı son vəziyyətin müzakirə ediləcəyi gözlənilir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan dövlət başçısı İlham Əliyevi qarşılayıb. Azərbaycanın budəfəki nümayəndə heyətinin tərkibinə çoxlu hökumət nümayəndələri qatılıb.