Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Oktyabrın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.
Miq.az 
xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. 
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az