Azərbaycan XXI Beynəlxalq Kitab Festivalında təmsil olunacaq

Azərbaycan XXI Beynəlxalq Kitab Festivalında təmsil olunacaq

Vətəninfo.az  APA-ya istinadən xəbər verir ki, aprelin 24-27-də Macarıstan paytaxtı Budapeşt şəhərində XXI Beynəlxalq Kitab Festivalı keçiriləcək.
Məlumata görə, stendimizdə dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə dair, həmçinin ölkəmizin turizm imkanlarını təbliğ edən Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr edilən nəfis tərtibatlı çap məhsulları təqdim olunacaq.
Beynəlxalq kitab sərgisində ölkəmizin zəngin mədəniyyətinin, kitab sənətinin, habelə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa oyunlarının təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və mətbuat katibi İntiqam Hümbətov Budapeştə səfər edəcəklər.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az