Azərbaycanda 180 min manatlıq QAZ BORCU SİLİNDİ

Azərbaycanda 180 min manatlıq QAZ BORCU SİLİNDİ

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən "İmam Həsən” məscidinə ötən il qazdan istifadəyə görə "Azəriqaz” tərəfindən dini icmaya külli miqdarda borc qəbzi verilib.

Qəbzdə məscidin 180 min manatlıq qaz borcunun yarandığı qeyd olunub.

Bununla bağlı məscidin dini icması 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək borcun əsassız olaraq hesablandığını bildirib və silinməsini istəyib.

Məhkəmə məscidin tələbini müsbət cavablandırıb və qaz borcunun silinməsinə qərar verib. /Qafqazinfo.az/

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az