Azərbaycanda 3 İran vətəndaşı saxlanıldı

Azərbaycanda  3 İran vətəndaşı saxlanıldı

Azərbaycan sərhədini pozan 3 İran vətəndaşı saxlanılıb, ikisi isə qaçıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, Xidmətin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarəti məntəqəsinin xidməti sahəsində İran istiqamətindən Azərbaycanın dəniz sərhədini pozmuş 3 İran vətəndaşı saxlanılıb.

Elcali Adil Abdulhüseyn oğlu, Mehdi Aslan Xudaverən oğlu, Seyid Qulamrza Mirəziz oğlu sərhədçilərin qanuni tələblərinə tabe olmayaraq əllərindəki qaçaqmalı dənizə ataraq qayıqla hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər. Lakin sərhəd gözətçisi kateri qaçaqmalçıların qayığını təqib edərək sahildən 2,2 mil aralıda onları yaxalayıb. DSX-nin dalğıcları xüsusi avadanlıqdan istifadə etməklə dənizin dərinliyindən 10 kq həşiş aşkarlayaraq çıxarıblar.

Astara rayonunun Sim kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran istiqamətindən dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfərin qarşısı alınıb.

Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində ataraq İrana qaçıblar. Hadisə yerinə baxış zamanı qaçaqmalçılara məxsus 1 kq həşiş və 2 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

DSX əməkdaşları tərəfindən Qusar rayonunun Rusiya ilə həmsərhəd olan Dakar kəndi ərazisində sahibsiz tikilidə gizlədilmiş lüləsi kəsik silah, patrondaş və bir ədəd bıçaq aşkar edilərək götürülüb. Hər 3 fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Trend



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az