Azərbaycanda avtomobil nömrələri ilə bağlı yenilik — VİDEO

Azərbaycanda avtomobil nömrələri ilə bağlı yenilik — VİDEO
Azərbaycanda rayonlara verilən avtomobil seriya nömrələri mahiyyətini itirir. Belə ki, qanunvericiliyə görə vətəndaş qeydiyyatda olduğu rayondan asılı olmayaraq aldığı avtomobilin seriya nömrəsini dəyişmədən öz adına rəsmiləşdirə bilər. Həm də az məbləğli rüsumlar ödəməklə.

Miq.az xezerxeber.com-a istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev bildirib ki, sürücü qeydiyyatı dəyişmək üçün müraciət edirsə, hətta onun avtomobilinin texniki baxış müddəti bitməsə belə yenidən qeydiyyata salınmalıdır. Avtomobilin seriya nömrəsi dəyidirilmirsə, bu zaman mütləq alan və satan şəxsin razılığı olmalıdır.

Kamran Əliyevin sözlərinə görə, artıq avtomobilin seriyasına baxmaqla onun hansı rayonda qeydiyyatda olduqunu bilmək olmaz. Bunu yalnız mərkəzləşdirilmiş sistem vasitəsi ilə öyrənmək olar.

Yeni alınan avtomobillərə bu qaydalar şamil edilmir.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az