Azərbaycanda daha 34 nəfər koronavirusdan sağaldı

Azərbaycanda daha 34 nəfər koronavirusdan sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Miq.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 792 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 728 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 108 nəfərdir.

Ölkədə son sutka ərzində 3088 , hazırkı dövrədək isə 6 808 651 test aparılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az