Azərbaycanda dəhşət: Körpə bacı-qardaş küçəyə atıldı - Foto

Azərbaycanda dəhşət: Körpə bacı-qardaş küçəyə atıldı - Foto

Bərdə rayonu "Qızıltac” şadlıq sarayının yanında tapılan iki körpə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Miq.Az xəbər verir ki, bu barədə Unikal.org-a Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya məlumat verib. O bildirib ki, artıq uşaqların anası tapılıb.

Azyaşlıların anası Qazax rayonunun Kəmərli kənd sakini Aslanova Yeganə Məhəmməd qızıdır. Hazırda Bərdə rayon Polis İdarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.

Qeyd edək ki, ötən gün Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Uşaqlar küçəyə anaları tərəfindən atılıb.

Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar.

Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az