“Azərbaycanda dini baxımdan sabitlik mövcuddur, ona görə də hansısa dini qrupun, cərəyanın qarşıdan gələn Avropa Oyunlarına xələl gətirmə ehtimalı sıfra bərabərdir”. Vətəninfo.az SİA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, bununla bağlı görülən işlər, profilaktik tədbirlər, xüsusilə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər bu sahədə sabitliyin tam bərqərar olmasına gətirib çıxarıb: “Azərbaycanda dini radikalizmin ayrı-ayrı elementləri olsa da, bu, ictimai, siyasi, mənəvi həyata təsir etmək imkanında deyil. Azərbaycanda dini sabitliyi pozacaq hər hansı qrup, cərəyan mövcud deyil. Avropa oyunları yüksək səviyyədə keçiriləcək”.
İlk Avropa Oyunlarının əhəmiyyətindən danışan M. Qurbanlı vurğulayıb ki, bu oyunların Azərbaycan üçün tarixi, psixoloji, siyasi, iqtisadi və mənəvi əhəmiyyəti var: “Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi hər bir vətəndaş üçün qürurverici hadisədir. Eyni zamanda Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bizi istəməyən, bizə qarşı olan hansısa dairələrə, o cümlədən bizimlə düşmənçilik edən Ermənistan və erməni lobbisinə qarşı ideoloji əhəmiyyət kəsb edən hadisədir”.
MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
Müəllimlərə PİS XƏBƏR - AÇIQLAMA
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”