Azərbaycanda general-mayor VƏFAT ETDİ - FOTO

Azərbaycanda general-mayor VƏFAT ETDİ - FOTO

General-mayor Mehman Təhməzov vəfat edib.

Miq.Az BAKU.WS-ə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının İNTERPOL-un Milli Mərkəzi Bürosunun sabiq polis rəisi general-mayor Mehman Təhməzov böyrək çatışmazlığından bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Mehman Təhməzov əvvəllər Salyan RPŞ-nin rəisi, Binəqədi RPİ-nin rəisi, Xətai RPİ-nin rəisi vəzifələrində işləyib.

Xatırladaq ki, Mehman Təhməzov 2019-cu ildə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.

Allah rəhmət eləsin!
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az