Azərbaycanda gənc icra başçılarından birinin həyat yoldaşı boşanma ilə bağlı olaraq məhkəməyə müraciət edib.
Məlumatına görə, boşanmanın səbəbi bu ilin may ayının 28-də nazirin həyat yoldaşına xəyanət etməsinin üstü şəxsi avtomobilinin radara düşməsi ilə qeydə alınıb.
Məlumata əsasən cəmi 3 gündən sonra icra başçısının həyat yoldaşına işdə olduğu zaman yaşıdığı mənzilə radara düşməsiylə bağlı olaraq məktub gəlib. Məktub daxil olan zaman icra başçısı evdə olmadığından məktubu həyat yoldaşı qəbul edib. Məktubu açan xanım şoka düşüb. Sən demə məktubda icra başçısı radara düşdüyü zaman qarşı oturacaqda oturan katibəsi ilə «pik-nik»ə gedirmiş. Məlum olub ki, icra başçısı həyat yoldaşına işdə oluduğu zaman yalan danışıb və radarın fotosunun altında konkret olaraq tarix göstərilib.Bu faktı konkret sübut kimi əlində saxlayan icra başçısının həyat yoldaşı artıq məhkəməyə də müraciət edib.
Bu barədə informasiya verən mənbə iddia edir ki, Bakı-Şamaxı yolunun 71-ci kilometrində radarda qeydiyyata alınan .. .. 701 dövlət nömrə nişanlı avtomobil icra başçısının oğlunun adına qeydiyyatdadır.Sadəcə olaraq ailənin avtomobili olduğundan onu ata icra başçısı idarə edirmiş.
Ailədə cəmi bir oğlu və bir qızı olan icra başçısının durumu hazırda kifayət qədər ağırdır. İnformasiya qaynağımızı iddia edir ki, əslində haqqında danışılan icra başçısı adi çilingər olub və başçı vəzifəsinə yüksəlməsində onun qayınatasının müstəsna rolu olub.
Onu da əlavə edək ki, baş verən ailə insidentindən sonra məktubu icra başçısının ev ünvanına aparıb, onun həyat yoldaşına verən poçtalyon artıq işindən azad olunub(?). Hətta radarın idarəedilməsi üzrə rayon yol polisi şöbəsində işləyən əməkdaşlar da cəzalandırılıblar.
İcra başçısının kimliyi barədə, məhkəmə prossesi başlayan kimi ətraflı məlumat veriləcəyik. BİZİ İZLƏYİN!
Gündeminfo.az