Azərbaycanda ikinci zəlzələ - Dağıntılar var, insanlar təlaşda

Azərbaycanda ikinci zəlzələ - Dağıntılar var, insanlar təlaşda

İmişlidə növbəti zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən azvision.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla 08:49:49-da İmişli rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 22km olub. 

İcra nümayəndəsindən zəlzələ AÇIQLAMASI: "Ani bir zəif silkələnmə..."

Miq.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib.

İcra başçısının müavini bildirib ki, hadisə nəticəsində şəhərə heç bir ziyan dəyməyib: "Şəhər sakinlərinin çoxu bəlkə də zəlzələni heç hiss etməyib. Sadəcə, ani bir zəif silkələnmə oldu, vəssalam. Hər şey normaldır, əhali arasında təşviş olmayıb".

"Goranboyda zəlzələ ciddi hiss olunub, komissiya yaradılıb"

Bu barədə Trend-ə açıqlamasında Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elçin Cahangirov məlumat verib.

İcra başçısının müavini bildirib ki, rayon ərazisində hiss olunan titrəyişlərdən sonra dərhal komissiya yaradılıb: "Təxminən səhər saat 8:45 radələrində rayon ərazisində zəlzələ ciddi hiss olundu. Təkanlar təxminən 8-10 saniyə davam etdi. Dərhal hadisə ilə bağlı komissiya yaradıldı və rayonun bütün ərazilərindəki ev və obyektlərə baxış keçirildi. Xoşbəxtlikdən nə rayonda, nə kəndlərdəki ev və obyektlərdə heç bir zədə qeydə alınmayıb".

E.Cahangirov bildirib ki, hadisə nəticəsində sakinlər arasında narahatçılıq hiss edilsə də, əhali arasında aparılan danışıqlardan sonra vəziyyət sabitləşib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az