Azərbaycanda jurnalistin avtomobili yarıldı — Bank kartları və sənədləri oğurlandı (FOTOLAR)

Azərbaycanda jurnalistin avtomobili yarıldı — Bank kartları və sənədləri oğurlandı (FOTOLAR)

Azərbaycanda jurnalistin avtomobilindən oğurluq hadisəsi baş verib. 

Miq.Az xəbər verir ki, 25.02.2019-cü il gecə saatlarında "Xalqxeber" saytının baş redaktoru Peyman Sadıqovun şəxsi istifadəsində olan 90-ZX-444 dövlət qeydiyyat nömrəli avtomobilindən oğurluq edilib. 

Bu barədə Peyman Sadıqov şəxsi sosial profilində də məlumat verib.  

O bildirib ki, avtomobilindən mühüm sənədlər, öz adına olan bank kartları və maşının salonunda quraşdırdığı videoqeydiyyat cihazı oğurlanıb. 

Həmçinin, avtomobilin şüşəsi sındırılaraq xeyli ziyan vurulub.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az