Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - Ölənlər də var

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - Ölənlər də var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Miq.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 nəfərdir.

Ölkədə son sutka ərzində 6 722, hazırkı dövrədək isə 1 047 906 test aparılıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az