Azərbaycanda ÖLÜLƏRİN adına radar cəriməsi gəlir - FOTO

Azərbaycanda ÖLÜLƏRİN adına radar cəriməsi gəlir - FOTO

Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına radar cəriməsi gəlib 

Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərilib.

"Report” xəbərinə görə, elektron qərarda göstərilir ki, guya Mirzəquluzadə Elxan Balağa oğlu bu il yanvar ayının 4-də Salyan yolunun 29-cu kilometrliyində Xıdırlı kəndi ərazisində "Nissan Patrol” markalı avtomobillə radara düşərək 50 manat məbləğində cərimələnib. Qərarda iddia olunur ki, guya E.Mirzəquluzadə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci (Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında” qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsini pozub.

Mərhumun həyat yoldaşı Zakirə Zakirqızı "Report”a bildirib ki, cərimə ilə bağlı yaşadıqları evə məktub gəlib: "Həyat yoldaşım 4 il bundan əvvəl dünyasını dəyişib. Ümumiyyətlə, bizim "Nissan Patrol” markalı avtomobilimiz də olmayıb. Hazırda yol polisini məhkəməyə verməyi düşünürəm”.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyev isə "Report”a açıqlamasında bildirib ki, məsələ ilə əlaqədar araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi qiymət veriləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az