Azərbaycanda tanınmış iş adamına cinayət işi açıldı

Azərbaycanda tanınmış iş adamına cinayət işi açıldı
Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

Miq.az-ın Report-a istinadən məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dollarını alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Ketchi” süd məhsulları şirkətinin sahibidir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az