Azərbaycanda vəhhabilərə qarşı sərt qadağa

Azərbaycanda vəhhabilərə qarşı sərt qadağa
Müəyyən xoşagəlməz hallar yaranıb

Vəhhabilərin məscidinə sərt məhdudiyyət. İyulun 21-dən vəhhabilərin ibadət etdiyi Xaçmazın Köhnə Xudat kənd məscidinə sərt məhdudiyyətlər tətbiq olunub. İstiPress-in şimal bürosu xəbər verir ki, dindarlar yalnız cümə günlərində cümə namazında ibadət edə biləcəklər, qalan günlər isə məscid bağlı olacaq.

Faktı Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Quba şöbəsinin müdiri Eynulla Nurullayev  təsdiqləyərək həmin məsciddə müəyyən problemlər olduğunu deyib. Onun sözlərinə görə, burada ibadət edən insanlar məscidin imamı Vahid Hacıyevi tanımaq istəmirdilər, müəyyən xoşagəlməz hallar yaranırdı.
"Bütün bunları nəzərə alaraq burada yeni  dini icma yaradılması qərara alınıb. Vahid Hacıyevin yenidən məscidin imamı olması məqsədəuyğun hesab edilib. Hazırda sənədlər hazırlanır. Qafqaz Müsəlmanları İdarəsi icmanın yaradılmasını həyata keçirəndən sonra Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi İdarəsi olaraq bizim qurum da icmanı təsdiq edəcək" deyə Eynulla Nurullayev bildirib.

Xatırladaq ki, Ramazan bayramı günündə bu məsciddə iki qrupa bölünmüş vəhabilər arasında ciddi qarşıdurma yaranaraq dava-dalaşa baş vermişdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az