Azərbaycanda vulkan püskürdü - Fotolar

Azərbaycanda vulkan püskürdü - Fotolar
Hacıqabulda bu gün səhər saatlarında palçıq vulkanı püskürməyə başlayıb.

Bu barədə Anspress-ə rayonun Uclu kənd sakini Razi Həsənov məlumat verib. Onun sözlərinə görə, səhər saat 07 radələrində Kalamandun (Axtarma) dağında püskürməyə başlayan vulkanın mərkəzində alovun hündürlüyü 60-70 metrə qədərdir: "Səhər saatlarında püskürməyə başlayan bu vulkanın mərkəzindən qalxan alov yaxınlıqdakı kəndləri işıqlandırır. Bundan əvvəl belə bir hadisə heç vaxt baş verməmişdi. Baş verən bu təbiət hadisəsi kənd sakinlərinin böyük marağına səbəb olub".

Kənd sakini hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verdiyini, qurumdan isə məsələdən xəbərdar olduqlarını bildirdiklərini deyib.

Razi Həsənov vulkandan lava çıxdığını desə də, bunun kənd üçün təhlükə törətməyəcəyini düşünür.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az