Azərbaycanda yenidən "sms icazə" sisteminə keçirilir? — AÇIQLAMA

Azərbaycanda yenidən

Noyabrın 20-da Azərbaycanda rekord yoluxma qeydə alınıb. Belə ki, 3169 nəfər koronavirusa yoluxub, 26 nəfər isə vəfat edib. Qeyd edək ki, noyabrın 21-i saat 00:00-dan dekabrın 28-nə kimi ölkə ərazisində həftə sonları karantin rejimi sərtləşdirilib, kafe, restoranlar, geyim mağazaları, gözəlik salonları və bərbərbərxanaların fəaliyyəti dayandırılıb. Yoluxma sayı artma dinamikası ilə davam edərsə "sms icazə" sistemi də yenidən tədbiq edilə bilərmi?

Miq.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, sadəcə həftənin iki günü karantin rejimin sərtləşdirilməsi yetərli deyil:

 "İctimai nəqliyyat işləmədiyinə görə həftə sonları o qədər sıxlıq olmurdu. Apreldəki karantin rejiminə geri qayıdılmalıdır. Dünən artıq yoluxma sayı 3169 oldu. Tədbirlər görülməsə yoluxma sayı daha da arta bilər. Maskasızlar çoxdur. Çöldə tək gəzənlər maska taxmaya bilər. Amma yanında kimsə varsa mütləq taxmalıdır. Təəssüf ki, koronavirusun peyvəndi tapılmayıb. Hələ uzun müddət də tapılması gözlənilmir. Ona görə də insanların məsuliyyətli olması vacibdir. Qapalı yerdə maska taxmılmalı, sosial məsafəni gözlənilməli, dezinfeksiya məhlularından istifadə edilməlidir. Düşünürəm ki, yoluxma sayı bu dinamika ilə davam edərsə karantin rejimi artıq həftə sonları da sərtləşdirilə və "sms icazə" sisteminə keçirilə bilər".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az