Ötən ilin aprelində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi yerli və əcnəbi vətəndaşlar tərəfindən xeyli məbləğdə valyuta sərvətlərinin gömrük orqanına bəyan olunmadan respublikadan aparılması cəhdlərinin qarşısını alınıb.
Qurumun mətbuat xidmətindən “vətəninfo.az”a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi ölkənin iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində məqsədyönlü tədbirləri davam etdirir. Eyni zamanda, gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində valyuta qanunvericiliyinin pozulması hallarının qarşısı qətiyyətlə alınır.
Belə ki, ötən ay Azərbaycan Respublikasının vətəndaşları - Samir Əliyevdən Bakı-Dubay aviareysilə uçmaq istəyərkən 2500 ABŞ dolları, Sadiq Tağıyevdən (Bakı-İstanbul) 5000 ABŞ dolları, Rəfail Mirzəyevdən (Bakı-İstanbul) 3500 ABŞ dolları, Nazim Səmədovdan (Bakı-Urumçi) 2200 ABŞ dolları, Səfər Rəhimovdan (Bakı-İstanbul) 2100 ABŞ dolları, Eldar Musayevdən (Bakı-Dubay) 4500 ABŞ dolları, Asif Ələkbərovdan (Bakı-Moskva) 3500 avro, Rəfail Əlilidən (Bakı-İstanbul) 4700 ABŞ dolları, Eldar Quliyevdən (Bakı-Dubay) 1500 ABŞ dolları; Türkiyə Respublikasının vətəndaşı - Ekrem Özcandan (Bakı-İstanbul) 4000 ABŞ dolları və Rusiya Federasiyasının vətəndaşı - Nizami Xasməmmədovdan (Bakı-İstanbul) 1400 ABŞ dolları aşkar edilib.
Mirvari Nəcəf
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər