Azərbaycanı narazı salan bəyanatın müəllifi getdi
Azərbaycanı narazı salan bəyanatın müəllifi Bordyuja postundan getdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja səlahiyyət müddəti başa çatdığı üçün postunu tərk edib. Onu bu vəzifədə baş katibin müavini Valeriy Semernikov əvəz edəcək.
Nikolay Bordyuja 2003-cü ildən KTMT-nin baş katibi idi.
Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür.
Dekabrın son günlərində Azərbaycan-Ermənistan sərhəddində baş vermiş insidentə münasibət bildirərkən Bordyuja "Dağlıq Qarabağ Respublikası” kəlməsini işlətmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı etiraz bəyanatı vermişdi.
Miq.Az