Azərbaycanın bu addımı erməniləri çox qorxudur
İrəvanda Azərbaycanla bağlı yeni isteriya başlayıb
Ermənilər çox qorxurlar ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru seçə bilərlər.
Bu yaxınlarda Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyev bəyan edib ki, Polad Bülbüloğlu ilə yaxından tanışdır və onu çox ağıllı, möhtərəm adam kimi tanıyır.
"Amma onun erməni həmkarını heç tanımıram, heç vaxt qarşılaşmamışam”,- deyə o əlavə edib. İrəvan dərhal buna reaksiya verdi və Ermənistanın Rusiyadakı səfirini dəyişdi.
Çünki Polad Bülbüloğlu BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan YUNESKO-nun baş direktorluğuna 9 namizəddən biridir.
Ermənilərin qorxudan səbəb də elə budur. Azərbaycanın Moskvadakı nümayəndəsi kimi yüksək vəzifə tutan Polad Bülbüloğlu mütəmadi olaraq erməni rəhbərləri, politoloqları, xüsusilə də Dağlıq Qarabağın və Azərbaycanın başqa rayonlarının işğalı məsələsində ifşa edirdi. Xüsusilə qeyd etmək lazımdır ki, onun sözlərinə yalnız Rusiyada deyil, daha geniş çox ölkələrdə qulaq asırdılar. Bu da Ermənistan rəhbərliyin hiddətinə səbəb olurdu.
İndi də İrəvanda Ermənistan hakimiyyətinin təmsilçiləri Polad Bülbüloğlunun əleyhinə indiyə kimi görünməmiş kampaniyaya başlayıblar. Siyasətçilər, QHT təmsilçiləri Poladın ünvanına yalan və böhtan yağdırırlar. Onu erməni mədəniyyət abidələrini məhv etməklə yanaşı, az qala hər cür qətl və terror aktlarına görə şərləməyə başlayıblar. Hansısa Larisa Allahverdyan hətta iddia edib ki, Azərbaycan Poladın seçilməsinə görə BMT-ni satın almaq üçün böyük pullar xərcləyir. O, az qala iddia edir ki, həmin pulların verilməsində özü iştirak edib.
Ermənilər Polada yalnız nifrət etmirlər, həm də ondan qorxurlar. Onun tükənməyən enerjisindən, güzəşətə getməməsindən qorxurlar. Əslən Şuşadan olan Polad çox ölkələrin vətəndaşlarının erməni təcəvüzündən xəbərdar olması üçün böyük işlər görüb.
Bir anlığa təsəvvür edin ki, Poladı bu yüksək vəzifəyə seçiblər. Bu erməni hakimiyyəti üçün böyük zərbə olardı. Ermənistanın siyasətçiləri arasında infarkt və insult olanların sayı dəfələrlə arta bilərdi. //İstipress.com
Miq.az