Azərbaycanın Ermənistana qaytardığı hərbçilər Yerevana çatdı
Azərbaycanın humanistlik göstərərək Ermənistana qaytardığı 3 erməni hərbçini daşıyan təyyarə Yerevanın "Erebuni” hava limanına enib. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.
"ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin səyləri nəticəsində Azərbaycan üç erməni hərbçisini geri qaytardı. Biz bu prosesin məntiqi olaraq davam edəcəyinə və tezliklə başa çatacağına ümid edirik", - deyə Ermənistan Baş naziri müavininin ofisindən bildirilib.
Qeyd edək ki, erməni hərbçilər Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Yerevana çatdırılıblar.