Azərbaycanın xarici borcunun artacağı qaçılmazdır - RƏSMİ

Azərbaycanın xarici borcunun artacağı qaçılmazdır - RƏSMİ

"Bank sektorunda sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar dövlət büdcəsi üzrə əlavə borc yükünün və öhdəliklərinin yaranması istisna edilmir”.
 
Modern.az xəbər verir ki, bunu 2017-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
 
Nazir bildirib ki, bu həm xarici, həm də daxili borcun Ümumi Daxili Məhsulda (ÜDM) nisbətinin daha da artmasına gətirib çıxara bilər:
 
"Digər tərəfdən qeyd olunmalıdır ki, iri transmilli layihələrin həyata keçirilməsinin  maliyyələşdirilməsində Azərbaycanın iştirakı ölkənin xarici borclanmaya gedilməsini labüd edir.
 
Burada söhbət əsasən Cənub Qaz Dəhlizi layihəsindən gedir. Bu borclanmanın geri qaytarılması həmin layihə hesabına nəzərdə tutulsa da, layihə üzrə dövlət zəmanətlərinin verilməsi nəticə etibarı ilə xarici dövlət borcunun artmasını qaçılmaz edəcək”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az