Azərbaycanla sərhəddə -TERRORÇU axtarışı
Dağıstanın сənubunda, Süleyman-Stal rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: " Süleyman-Stal rayonunda antiterror əməliyyatı rejimi Moskva vaxtı ilə saat 21:45-dən etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Miq.az