Azərbaycanlı deputat təcili İsrailə aparıldı

Azərbaycanlı deputat təcili İsrailə aparıldı
Xəbər verdiyimiz kimi, 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problem yaranıb. Millət vəkili dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək cərrahi əməliyyat olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bir neçə gün bundan əvvəl yenidən səhhətində problem yaranan Yevda Abramov dövlət hesabına təcili İsraildəki xəstəxanalardan birinə yerləşdirilib. Deputat orada növbəti dəfə əməliyyat olunub və müalicə alacaq.
Millət vəkilinin həmkarı Vahid Əhmədov Yevda Abramovun səhhəti ilə bağlı Unikal.org-a açıqlamasında bildirib ki, hazırda onun sağlamlıq durumu normaldır: "Bu gün özü ilə danışmışam. Hər şey yaxşıdır. Qızları da İsraildə yaşayır. Ümumilikdə sağlamlıq durumu normallaşıb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az