Azərbaycanlı deputatın bu hərəkəti tənqid olundu

Azərbaycanlı deputatın bu hərəkəti tənqid olundu
Milli Məclisdə REAL partiyasını təmsil edən Erkin Qədirli ilə bağlı narazılıq artır. Deputatın jurnalistlərlə ünsiyyətdən yayınması sərt tənqid olunur. 

Yenisabah.az xəbər verir ki, Erkin Qədirli bütün sosial şəbəkələrdən "yoxa çıxıb”. Siyasi mövcudluğunu yalnız "Teleqram”da davam etdirən millət vəkili bu platformanı da tərk edib.

AŞPA-da Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbul olunduğu bir vaxtda ölkəmizi bu qurumda təmsil edən deputatın sükuta dalması yaxşı hal sayılmır. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az