Azərbaycanlılar bizi mühasirəyə alıb... - Erməni hərbçi

Azərbaycanlılar bizi mühasirəyə alıb... - Erməni hərbçi

Azərbaycan hərbçiləri bizi dörd tərəfdən əhatəyə alıb.

Miq.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Gorus yaxınlığında, Laçın rayonu ilə sərhəddə yerləşən Xnatsax kəndindəki erməni hərbçilər deyir.

Erməni mediası yazır ki, kəndin ətrafında kiçik erməni postu qalıb. Azərbaycan hərbçiləri erməni hərbçilər üzərində kəskin üstünlüyə malikdirlər.

"Azərbaycan hərbçiləri istədikləri vaxt bizim postu tuta bilərlər. Biz dörd tərəfdən onların mühasirəsindəyik. 100 metr məsafədə Azərbaycan əsgəri dayanır, onların bayrağı dalğalanır”, - erməni hərbçilərdən biri deyir.

Ermənistanın işğal dövründə Laçın rayonu istiqamətində irəli çəkdiyi dövlət sərhədi sərhədin demarkasiyası zamanı əvvəlki yerinə qaytarılıb. Nəticədə Xnatsax kəndi ordumuzun müşahidə nəzarətinə düşüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az