Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

Abunəçilər Türkiyədə 1 MB internet üçün cəmi 55 qəpik ödəyəcəklər

Ölkənin mobil rabitə bazarının lideri Azercell Telekom rominqdə olan abunəçiləri üçün sərfəli yeniliklər və endirimlərini davam etdirir. Şikət bu dəfə mobil internet istifadəçilərini sevindirir. Belə ki, yay mövsümu ilə əlaqədar Azercell-in Fakturalı xətt abunəçiləri rominq xidməti çərçivəsində Türkiyədə endirimli internetdən faydalana biləcəklər. İndi Fakturalı xətt abunəçiləri Türkiyədə olarkən 1 MB internet üçün cəmi 55 qəpik ödəyəcəklər.
Məlumat üçün bildirək ki, Azercell bu günlərdə bütün Fakturasız xətt (SimSim) abunəçilərinə rominq xidməti çərçivəsində istifadə etmək üçün 10 ədəd pulsuz SMS də hədiyyə edib. Şirkət mütəmadi olaraq rominqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir. Bu ildən etibarən  rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Şirkət, həm də, Avropanın 20 müxtəlif ölkəsinə səfər edən abunəçiləri üçün 10 manat ödəməklə bu ölkələrdə 15 dəqiqə danışıq imkanını yaratdı. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı.
Azercell rominq xidmətindən istifadə edən abunəçiləri üçün maraqlı yeniliklər təqdim etməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected]/* */ ünvanına müraciət edə bilərsiniz



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az