Bu gün Azərbaycan Azəri –Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin sədri Novella Cəfəroğlu və Könül Hüseynovanın birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda çətinliklər və problemlərdə Qadınlara düşən rol” mövzusunda konfrans keçirilib.
“Vətəninfo.az” xəbər verir ki, tədbiri Tənzilə Rüstəmxanlı açaraq Fransada,Belçikada,Almaniyada belə tədbirlərin keçirildiyini vurğulayıb. “Avropa ilk dəf olaraq üzünü Bakıya çevirdi” deyən T.Rüstəmxanlı qeyd etdi ki, “Bundan bir müddət əvvəl Belçika Senatının üzvü xanım Dominike Tilmansı Azərbaycana dəvət etmişdim.Azərbaycanla bağlı heç bir məlumatı və münasibəti yoxdu. Dəvətimdə dedim ki, “siz hər zaman tək bir tərəfi dinləmisiniz. Nə siyasətdən danışaq,nə də başqa bir məsələlərdən. Gəlin Azərbaycanı və bizim xalqımızı tanıyın. Cənubi Qafqaz Gürcüstan və Ermənistandan ibarət deyil. Onları tanıyırsınız bir də bizi tanıyın” sağ olsun dəvətimi qəbul etdi və bir həftə Bakıda qonağım oldu. Elim və mədəniyyət. Və digər sahələrdə ciddi gücə və elmi biliklərə sahib insanlarla tanış etdim. QHT təmsilçiləri ilə, qadın təşkilatları ilə görüşdürdüm.Birlikdə mütləq bir şeylər etnməliyik dedi. Və biz xanım Tilmasla birlikdə bir layhə üzərində işləməyə başladıq. Tədbirlərin ilkini Gürcüstanda keçirdik və o tədbirdə erməi qadınlarda iştirak etdilər. Bakıda keçirilməsi nəzərdə tutulan tədbir üçün bu gün burda olan Rima Arakeliyana Bakıya gələcəyi təqdirdə bütün təhlükəsizlik məsələləri ilə bağlı zəmanət belə verdik. Hər zaman sülhdən yana olduğunu deyən, amma sülh görüşmələrinə gəlmədilər. Bakıdan sonra Gürcüstanda keçirilən tədbir sonrası Belçika Senatında belə bir tədbirin keçirilməsinə qərar verdik”. ATQB səri dedi ki, belə bir tədbir ilk dəfədir ki,Belçika Senatında keçirilir. “ Xüsusi olaraq qeyd edim ki,burda keçirilən konfrans çox yüksək səviyyədə keçirildi. Avropanın üzü hər zaman Ermənistana tərəfdi. Nə gözəl ki, indi həm Ermənistana, həm də Azərbaycana baxır deyə bilərik. Bernar Fasiye Azərbaycan xəritəsi üzərində Qarabağı iştirakçılara anlatdı və harda yerləşdiyini,işğal altında olan 7 rayonu iştirakçılara göstərdi. Naxçıvanın Azərbaycandan necə ayrı salındığını necə blokada şəraitində yaşadığını bildirdi. Bu doğrudan da möhtəşəm bir çıxış idi. Qərbdə ilk dəfə belə bir şey baş verir”.
T.Rüstəmxanlının sözlərinə görə bu cür konfransların keçirilməsində məqsədləri Azərbaycanın,xüsusilə də Dağlıq Qarabağ problemi çərçivəsində 7 rayonun işğal olunduğunu Avropa ictimayyətinə çatdırmaqdır.
Tədbirdə Qadın Hüquqlarını Müdafiə Komitəsinin sədri Novella Cəfəroğlu da çıxış edərək bildirdi ki, belə tədbirlərin keçirilməsi vacibdir. “Azərbaycan qadınları ilk dəfə olaraq öz gücünü Avropaya göstəırə bildi. Təəssüflə qeyd edirəm ki, bu gün əsirlikdə olan vətəndaşlarımızdan əksəriyyəti qadınlardır.”
O, vurğuladı ki, əgər ermənilər bizimlə sülh bağlayıb, dostluq münasibətləri saxlamaq istəsəydilər, “Eurovision 2012”Mahnı Müsabiqəsində iştirak edərdilər.
Könül İbrahim