Bakıya gələcəyi deyilən dünya şöhrətli bolqar müğənni Azisin paytaxtımızda konsert verəcəyi xəbərinə çoxu inanmırdı. Bu bir çoxuna inanılmaz gəlir. Çünki bundan əvvəl də onun Bakıda konsert verəcəyi deyilsə də, bu, mümkün olmamışdı. Səbəblər müxtəlif idi. Bəziləri onun 1 milyon dollar qonorar tələb etdiyini dedi, bəziləri isə təşkilatçıları pul yığmaq üçün yalançılıqda günahlandırdı.
Eyni halla Azisin sabahkı konsertini təşkil edən Samir Xəttab da üzləşib. Konsertin olacağını deyən təşkilatçıya əvvəlcə inanan olmadı. Xəbəri görənlər Xəttabı da fırıldaqçılıqda ittiham edirdi. Amma o, verdiyi sözü yerinə yetirdi. Bəli, Azis Bakıdadır.
Bolqar əsilli qaraçı müğənni Azis bu gün səhər saat 5 radələrində Heydər Əliyev hava limanına enib. Müğənnini hava limanında jurnalistlər və mühafizə xidməti qarşılayıb. Gül dəstəsi ilə qarşılanan müğənni Bakıda olmağından məmnun olduğunu bildirib.
Onu da qeyd edək ki, xalq artisti Aygün Kazəmova konsertin özəl qonağı olacaq.
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO