AzTV-də daha bir kadr dəyişikliyi

AzTV-də daha bir kadr dəyişikliyi

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam etdirilir.

BakuPost xəbər verir ki, Modern.az saytının əldə etdiyi məlumata görə, İsmət Bünyadzadə AzTV-də Texniki istehsalat birliyinin rəisi Arzu Abbdullayevin I müavini təyin edilib.

İsmət Bünyadzadə buna qədər İctimai Televiziyada çalışırdı.

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat katibi Xatirə Qasım məlumatı təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az