Bahar Muradova: "Çiynində səhəng daşıyan qadınların hansı ağır yükün altına girdiklərini düşünmədən onlara şeirlər qoşulub"

Bahar Muradova:
"Təmiz suya əlçatanlıq qənaətbəxş səviyyədə deyil. Hər zaman bir qayda olaraq suya ehtiyacı ödəmək, saxlamaq, səmərəli istifadə nəyə görəsə qadınların üzərinə qoyulub. Tarix boyu çiynində səhəng daşıyan qadınların hansı ağır yükün altına girdiklərini düşünmədən onlara şeirlər qoşulub. Lakin hər zaman bərabərsizliyə məruz qalan tərəf də qadındır. Qadınların su resurslarının idarəsinə cəlbi işin nəticəsinə müsbət təsir edə bilər. Bu yöndə mütəxəssis hazırlığını üstün tutmalıyıq".

 

Pravda.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Su və gender bərabərliyi” mövzusunda konfransda deyib.

 

"Ucqar ərazilərdə elmi praktiki işlər aparılmalı, datalar öyrənilməli, bu sahədə də gender bərabərliyini qorumalıyıq",- o bildirib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az