“Bakı-2015”in loqosu: gənclər 6000 nəfərlik “fləşmob”la birinci Avropa Oyunları ətrafında birləşdi

“Bakı-2015”in loqosu: gənclər 6000 nəfərlik “fləşmob”la birinci Avropa Oyunları ətrafında birləşdi

 “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub. 6000 gəncin iştirakı ilə keçirilən bu aksiyada birinci Avropa Oyunlarının simvolu canlandırılıb. Gənclər  şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.
“Bakı-2015”in simvolunu yaradan gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdirib.
Bu aksiya eyni zamanda   “Ginnesin dünya rekordları” komissiyası tərəfindən izlənilib.
Qeyd edək ki, bundan əvvəl İraq bayrağı 4200 nəfərin iştirakı ilə yaradılmışdı. 2 aprel 2015-ci ildə Bağdadda qeydə alınan bu fakt insanların iştirakı ilə yaradılan ən böyük mozaika kimi Ginnesin dünya rekordları siyahısına düşmüşdü.
Gəncədə 6000 nəfərin “Bakı-2015” birinci Avropa Oyunlarının simvolunu yaratması ilə bu rekord  təzələnib. Komissiya  hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az