Bakı metrosu bu axşam gücləndirilmiş rejimdə işləyəcək

Bakı metrosu bu axşam gücləndirilmiş rejimdə işləyəcək

Bu gün Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Miq.Az bildirir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, əməliyyat planına uyğun olaraq, "Qarabağ" futbol klubunun Avropa Liqasının qrup matçı çərçivəsində Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunu zamanı arenaya ən yaxın məsafədə yerləşən "Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

B.Məmmədov bildirib ki, əsas vəzifə sərnişinlərin stansiyanın xidmətindən təhlükəsiz və rahat istifadəsini təmin etməkdir. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Həmçinin ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə buraxılacaq.

Xatırladaq ki, "Qarabağ” – "Vorskla” oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:55-də başlayacaq.

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az