Bakı metrosunda QORXUNC ANLAR: Özünü qatarın altına atdı və...

Bakı metrosunda QORXUNC ANLAR: Özünü qatarın altına atdı və...
Bu dəqiqələrdə metronun "Nəriman Nərimanov” stansiyasında bir nəfər özünü qatarın altına atıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında faktı təsdiqləyib: "Hadisə saat 13:18-də baş verib. "İçərişəhər” – "Həzi Aslanov” istiqamətində hərəkət edən 14 saylı marşrut üzrə qatar stansiyaya daxil olanda baş verib. Kimliyi bəlli olmayan gənc oğlan qatar stansiyaya yaxınlaşarkən özünü relslərin üstünə atıb. Qısa zamanda qatarın hərəkəti dayandırılıb. Oğlan relslərin üzərindən çıxarılıb. Polis tərəfindən saxlanılıb. Hadisənin baş vermə səbəbi araşdırılır”.
N.Paşayev bildirib ki, qısa zamanda qatarların hərəkəti bərpa edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az