Bakı Moskvada baş vermiş təyyarə qəzasını şərh etmir

Bakı Moskvada baş vermiş təyyarə qəzasını şərh etmir

Azərbaycanın Silk way şirkəti fevralın 26-da Moskvanın Şeremetyevo aeroportunda Gulfstream G200 təyyarəsinin qəzaya uğramasını şərh etmir.

Bu arada Moskvada təyyarə ilə baş vermiş insident üzrə cinayət işi qaldırılıb. Rusiya KİV-in məlumatına görə, təyyarə Bakıdan reyslər yerinə yetirirmiş. Qəza nəticəsində biznes-jetə ziyan dəyib. Təyyarənin bortunda üç sərnişin və iki nəfər ekipaj üzvü olub, xəsarət alan yoxdur.

"Cinayət işinin araşdırılması zamanı hava gəmisinin və uçuş-enmə zolağının texniki vəziyyəti hərtərəfli yoxlanılıb, həmçinin ekipajın və yerüstü xidmətlərin hərəkəti qiymətləndirilib”, – İstintaq Komitəsinin nümayəndəsi bildirib.

Bəzi məlumatlara görə, qəzaya təyyarənin şassisinin qırılması səbəb olub.

Qəza səbəbindən aeroport fevralın 26 və 27-nə aviareyslərin cədvəlini dəyişməyə məcbur olub. Çünki uçuş-enmə zolağı bağlı qalıb.

Turan-ın AZAL və Silk Way-dən şərh almaq cəhdləri nəticəsiz qalıb. Şirkətlər özləri isə hər hansı bəyanatla çıxış etməyiblər.

Qeyti-rəsmi məlumatlara görə, təyyarə hansısa biznesmenə məxsus olub.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az