Bakı-Naxçıvan təyyarəsi Zəngəzur üzərindən HƏRƏKƏT ETDİ

Bakı-Naxçıvan təyyarəsi Zəngəzur üzərindən HƏRƏKƏT ETDİ

Bu gün Bakıdan uçan təyyarə Naxçıvana Zəngəzur üzərindən keçərək eniş edib. 

Miq.Az xəbər verir ki, bunu "flightradar24" qeydə alıb.

Bakıdan öz ərazilərimizlə birbaşa Naxçıvana uçan "Airbus A320-214" sərnişin təyyarəsi sosial şəbəkələrdə marağa səbəb olub. Sözügedən hadisə sosial şəbəkənin erməni seqmentində də geniş yayılaraq etirazla qarşılanıb. 

Qeyd edək ki, birinci Qarabağ müharibəsinə qədər Azərbaycandan Naxçıvana uçan təyyarələr Sevan gölü ( Zəngəzur ) üzərindən hərəkət edirdi. Müharibədən sonra isə həmin marşrut yerini dəyişmişdi. 

Görünür, Azərbaycanın ikinci Vətən savaşındakı parlaq qələbəsi əvvəlki reallığı geri qaytarıb. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az