Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 114-cü kilometrliyində, Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Vətəninfo.az"ın verdiyi məlumata görə, Qubadan Bakı istiqamətində hərəkət edən 44 yaşlı Zaqatala rayonu, Danaçı kənd sakini Rauf Ömərovun idarə etdiyi “Mercedes Vita” markalı mikroavtobus traktorla toqquşub. Siyəzən rayonunun, Eynibulaq kənd sakini, 45 yaşlı Cavanşir Talıbovun idarə etdiyi traktor qoşa zolaqda əks tərəfdən Bakı istiqamətinə dönərkən qəza baş verib. Qəza nəticəsində 8 nəfər – mikroavtobusun sərnişinləri - Zaqatala sakinləri, 29 yaşlı Kamil Paşayev, 24 yaşlı Şərif Davudov, 31 yaşlı Zümrat Davudov, 49 yaşlı Abakar Mahmudov, 36 yaşlı Mahir Xoptiyev, 49 yaşlı Şaban Piriyev, 44 yaşlı Rauf Ömərov və Zaqatala rayonu, Makul kənd sakini 30 yaşlı Elşən Laçınov müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Şərif Davudov səhər saatlarında komatoz vəziyyətdə paytaxtda yerləşən klinikalardan birinə göndərilib. Onunla yanaşı sürücü və digər iki yaralı da paytaxtdakı klinikalara aparılıb. Onların da vəziyyətinin ağır olduğu deyilir.
Hadisə şahidlərinin sözlərinə görə, traktorun sürücüsü Cavanşir Talıbov sərxoş olub. O, hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?