Bakıda ağaclar kəsildi, nazirlik hərəkətə keçdi

Bakıda ağaclar kəsildi, nazirlik hərəkətə keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimovanın Miq.Az-a verdiyi məlumata görə araşdırma zamanı Nəsimi rayonu, Moskva prospekti 74 ünvanında gecə saatlarında müxtəlif diametrli şam ağaclarının kəsilərək üstünün torpaqla örtüldüyü müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

Nazirliyin sözçüsü bildirib ki, təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət olunub.

İ.İbrahimova gecə saatlarında, xəlvəti şəkildə ağac kəsintisinə təəssüf ki, hələ də yol verildiyini bildirib:

"Bunun qarşısını birlikdə almalıyıq, belələrini hamılıqla ifşa etməliyik. Bu işdə vətəndaşların, yerli icra orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə və ictimai qınağa böyük ehtiyac var".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az