Bakıda güclü külək: Ağac avtomobilin üstünə aşıb

Bakıda güclü külək: Ağac avtomobilin üstünə aşıb
Ötən gün Bakıda əsən güclü külək nəticəsində ağac kökündən çıxaraq avtomobilin üzərinə aşıb.

Miq.az-ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov trend-ə deyib.

Onun sözlərinə görə, ötən gün güclü külək nəticəsində Bakının Nizami rayonunda üçtikan şeytanağacı tamamilə kökündən çıxıb və pikap avtomobilin üstünə aşıb:

"Lakin avtomobilin üzərində yük olduğundan avtomobilə güclü zərər dəyməyib. Yük olmasaydı, ağac avtomobilə ciddi zərər vurardı”.

O.Məmmədov əlavə edib ki, güclü küləklə əlaqədar olaraq Bakının Nəsimi rayonunda 4 yerdə, Yasamal rayonunda isə iki yerdə ağacların budaqları sınıb. Onların arasında "Qırmızı kitab”a düşən bir ədəd Eldar şamı ağacı da olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az