Bakıda mason məbədi? - Ortaya çıxanlar təşviş yaradıb - VİDEO

Bakıda mason məbədi? - Ortaya çıxanlar təşviş yaradıb - VİDEO

Quql məpdə axtarış  zamanı Bakıda müəmmalı məkan aşkar edilib. "Mason məbədi" adı ekranda görünən bu yer insanları təşvişə salıb. İnternetdə mason məbədi axtarışa etdikdə "Sədərək” ticarət mərkəzinin piramida formalı bir hissəsi ortaya çıxır.

Bu maraqlı məkanı axtarmaq qərarına gəldik.

Miq.az xəbər verir ki, ərazidə ticarətlə məşğul olanlar bunun kim tərəfindənsə qəsdən edildiyini deyirlər. Ticarət mərkəzinin sözçüsü məsələdən xəbərdar olduqlarını, amma o adın necə ora düşdüyündən xəbərsiz olduqlarını bildirir.

Satıcılar da burda belə bir məbəd haqqında heç bir məlumatları olmadıqlarını deyirlər.

Quqlın xəritə funksiyasına məkan əlavə etmək həftələrlə vaxt aparan məsələdir. Görünən odur ki, ticarət obyektini mason məbədi kimi qeydiyyatdan keçirmək kimlərinsə marağında olub.

İnternet üzrə ekspert Elçin Məmmədov təkzib edildiyi halda həmin yer adını silməyin mümkün olduğunu bildirir.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Xəzər Xəbər”ə açıqlama verib. Mətbuat xidmətindən verilən məlumata görə, bu adda məbəd  dövlət qeydiyyatından keçməyib. Ümumiyyətlə Dövlət Komitəsinə qeydiyyatla bağlı bu adda hansısa bir qurumdan müraciət daxil olmayıb.

Miq.az "Xəzər Xəbər”-ə istinadən  mövzu ilə bağlı videomaterialı təqdim edir:

 [video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az