Bakıda metronun çıxışında vurulan xəbərdarlıq hamının diqqətini çəkdi — FOTO

Bakıda metronun çıxışında vurulan xəbərdarlıq hamının diqqətini çəkdi — FOTO

Bakıda "İnşaatçılar” metrosunun çıxışında vurulan xəbərdarlıq hamının marağına səbəb olub.

Demokrat.az xəbər verir ki, metronun "İnşaatçılar” stansiyasının çıxışına vurulan xəbərdarlıqda Səbinə adlı qadına müraciət edilir. 

Kiminsə ailəsini dağıtmaq üzrə olan Səbinə adlı xanıma xəbərdarlıq edilərək, məqsədindən əl çəkməyəcəyi təqdirdə onların ikisinin də (qızın və oğlanın) şəklini Xoşqədəm Hidayətqızının aparıcılığını etdiyi "Səni axtarıram” verilişinə verəcəyini bildirib.

Xəbərdarlıq insanların marağına səbəb olub və sosial şəbəkələrdə müzakirə edilməyə başlayıb.

Xəbərdarlıqda adı keçən xanım aparıcı Xoşqədəm Hidayətqızı məsələyə hələ ki reaksiya verməyib.(Bizimyol.info)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az