"Bakıda müşahidə olunan toz dumanının miqdarı norma həddindədir"

Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarı sanitar norma həddinə enib.

Miq.az  xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
M. Avazova bildirib ki, yağış yağacağı təqdirdə havada toz dumanının miqdarı sanitar norma həddindən də aşağı düşəcək.

Qeyd edək ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib. Buna ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olması səbəb olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az